HƏMAS tərəfindən qaçırılan alman öldürülüb?
Alman vətəndaşı olan Şani Louk Qəzza yaxınlığındakı Nova musiqi festivalına edilən hücumda oğurlanıb.
Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Şani Loukun anası qızının ağır xəsarətlərlə xəstəxanada saxlandığını iddia edib. O bildirib ki, qızının oğurlandığını yayılan videolardan bilib.
Ana qızının qurtarılması üçün almaniya hökumətinə müraciət edib.
Qeyd edək ki, HƏMAS qüvvələri İsrailin cənubunda baş tutan Supernova festivalına hücum edib.
Bahadur Seyidov