Qonşuların düşmənliyi faciəyə səbəb oldu – 3 nəfər öldü



 15:19 12.10.2023     306

Türkiyənin Artvin şəhərinin Şavşat rayonunda  3 nəfər tüfənglə  öldürülüb.

Demedia.az CNN Türk-ə istinadən  xəbər verir ki, hadisədən əvvəl bir -biriləri ilə düşmən olan qonşular arasında mübahisə  yaşanıb. Bu zaman 41 yaşlı adı açıqlanmayan şəxs düşmən olduğu  3 qonşusunu - biri kişi,  bikisi qadın olmaqla tüfənglə  öldürüb.

Qeyd olunub ki,  ölənlər bir ailənin üzvləridir.

Polis hadisə  ilə  bağlı araşdırma aparır.

Bahadur Seyidov