Almaniya Fələstinə dəstək üçün baş tutan aksiyanı ləğv etdi



 15:42 12.10.2023     314

Almaniyanın paytaxtı Berlində Fələstinə dəstək nümayiş etdirmək istəyənlərə icazə verilməyib.

Demedia.az xəbər verir ki,  Neukölln rayonunda Herman meydanına toplaşan yüzlərlə insan Fələstinə dəstək üçün icazəsiz nümayiş keçirmək istəyib. Nümayişçilər “Fələstinə azadlıq” şüarını səsləndirərkən yoldan keçənlərlə nümayişçilər arasında müzakirələr aparılıb.

Meydan ətrafında sıx təhlükəsizlik tədbirləri alan polis maşınlardan anons verərək qrupun dağılmasını tələb edib. Polisin çağırışına tabe olmayan bir çox insan saxlanılıb.

Məsələ ilə bağlı Berlin polisi açıqlama verib: “Fələstinlə həmrəylik üçün Berlinin müxtəlif bölgələrində keçiriləcək nümayiş  eləcə də onları əvəz edən bütün tədbirlər cinayət səbəbiylə qadağandır, ictimai asayiş və təhlükəsizliyə təhdiddir".

Bahadur Seyidov