“Futbolçular onu qətiyyən qəbul etmirlər”



 17:31 12.10.2023     319

"Mançester Yunayted"in sabiq futbolçularından Alan Brazil komandanın hazırkı baş məşqçisi haqqında açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib  ki,  futbolçular baş məşqçi  Erik Ten Haqı qəbul etmirlər.

Brazil Ten Haqın Jadon Sancho və Cristiano Ronaldoya qarşı davranışı ilə bağlı təəccüblü şərhlər edib:  “Mən bunları çox yaxşı tanıdığım “Mançester Yunayted”in oyunçusundan eşitmişəm.  Futbolçular onu qətiyyən qəbul etmirlər. Onlar Ten Haqın Ronaldoya münasibətindən iyrənirlər və Sançonun əlindən gələni etməyə çalışan bir insan olduğunu deyirlər”. 

Qeyd edək ki, Ronaldo 2022-23 mövsümünün ilk yarısında onu ehtiyat oyunçular skamyasında buraxan Ten Haqı ötən ilin noyabrında Piers Morgana verdiyi müsahibədə tənqid edib. Ronaldonun bu açıqlamalarından sonra Ten Haqla Ronaldonun münasibətləri tamamilə pozulub.

2023-24 mövsümündə Sanço intizamsız hərəkətlərinə görə heyətdən uzaqlaşdırılıb. İngiltərəli vinger daha sonra sosial şəbəkədə Ten Haqı tənqid edib. Bunun üzərinə Ten Ha  Sançonun üzr istəməyincə heyətə daxil edilməyəcəyini bildirib.

Bahadur Seyidov