BMT Qəzzaya təcili yardım fondundan yardım ayrıldığını açıqlayıb



 18:00 12.10.2023     308

BMT Qəzzaya təcili yardım fondundan yardım ayrıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits açıqlama verib. O bildirib ki, BMT-nin fövqəladə hallar fondu olan UNICERF-dən Qəzzaya 9 milyon dollar ayrılıb. Onun sözlərinə görə, işğal edilmiş Fələstin torpaqlarında humanitar vəziyyət getdikcə pisləşir.

"Mən UNCERF-dən təcili yardım səylərini təmin etmək üçün 9 milyon dollar ayırdım" - deyə açıqlamada deyilir.

Bahadur Seyidov