Məşhur aktyorun xəstəliyi günü-gündən ağırlaşır - "Həyatın sevinci yoxa çıxdı"



 20:01 12.10.2023     753

Məşhur aktyor Brüs Uillisin vəziyyəti getdikcə ağırlaşır. 

Demedia.az xəbər verir ki, aktyorun yaxın dostu onun haqqında üzücü açıqlamalar verib:

"Brüs Uillisə 2022-ci ilin mart ayında beynin bəzi hissələrində disfunksiya nəticəsində yaranan və danışma, danışılanı anlama, oxuma və yazma kimi bacarıqlara təsir edən afaziya diaqnozu qoyuldu. 68 yaşlı aktyorun ailəsi məşhur adın keçən fevral ayında frontotemporal demensiya olduğunu açıqlamışdı.

Mən Brus və onun həyat yoldaşı Emma (Heminq) ilə danışıram və onların üç övladı ilə əlaqə saxlayıram. Brüsün həyatda qalması üçün çox çalışmışam.

O, həyatı sevirdi və hər səhər oyanıb həyatı doya-doya yaşamağı sevirdi. İndi o, sanki ekrandan həyatı izləyir. Tam danışa bilmir. Əvvəllər kitab oxumağı çox sevirdi, amma indi bacarmır".

Aysun / Demedia.az