Avtomobili ilə qəza törətdi, qarşı tərəfin çantasını oğurlayıb qaçdı... - VİDEO



 23:09 12.10.2023     905

Türkiyədə qeyri-adi oğurluq hadisəsi baş verib.

Demedia.az xəbər verir ki, Beylikdüzündə yolda mübahisə etdiyi şəxsi vuraraq 5 min lirə və 2 min 450 dollar oğurlayan şəxs polis qrupları tərəfindən yaxalanıb. Şübhəli T.C. məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Hadisə şənbə günü, oktyabrın 7-də saat 22:00 radələrində Büyükşehir Məhəlləsində baş verib. Y.E.A avtomobilini saxlayıb yolu keçmək istəyərkən yoldan keçən avtomobil sürücüsü onu yüngülcə vurub. Avtomobilin sürücüsü T.C. avtomobilindən düşərək Y.E.A-ya ilə mübahisə etməyə başlayıb. İkili arasında başlayan şifahi mübahisə davaya çevrilib. Y.E.A-ya hücum edən T.R ondan 5 min lirə və 2 min 450 dollar oğurlayıb.

Aysun / Demedia.az