ABŞ-dan İsrailə dəstək



 23:24 12.10.2023     308

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və ABŞ-ın ölkəyə hərbi dəstəyinin ilkin şərt olmadan davam edəcəyini bildirib.

Demedia.az xəbər verir ki, Ostin NATO Brüsseldəki qərargahında keçirilən Müdafiə Nazirləri toplantısından sonra jurnalistlərə açıqlamalar verib.ABŞ-ın İsrailə lazım olan sursat və “dəmir günbəz” hava hücumundan müdafiə sistemi də daxil olmaqla təcili şəkildə təmin etmək üçün çalışdığını ifadə edən Ostin, ölkəsinin eyni anda həm Ukraynaya, həm də İsrailə dəstək verə biləcəyini vurğulayıb.

Bahadur Seyidov