İsrail Livanı atəşə tutdu



 23:42 12.10.2023     315

İsrailin artilleriya bölmələri Livanın sərhəd bölgəsini artilleriya atəşi ilə atəşə tutub.

Demedia.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat verib. Məlumata görə, İsrail Livana yeni hücumlar həyata keçirib. Açıqlamada deyilir ki, İsrailin artilleriya bölmələri Livanın cənubundakı Nəbatiyyə əyalətinin Vadi Hiyam bölgəsini artilleriya atəşi ilə vurub.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumundan sonra Livan ərazisindən də İsrailə raket zərbələri endirilmişdi.

Bahadur Seyidov