Qaynadıb hər gün suyunu için! - Heyva yarpağı çayı möcüzə imiş - Video



 09:47 13.10.2023     1449

Çox adam heyvanın qabığını soyur və yarpaqları ilə birgə zibil yeşiyinə atır, amma səhv edirmişik.

Heyva yarpaqları insan sağlamlığı üçün olduqca faydalıdır. Ondan dəmlənən çay xalq təbabətində onlarla xəstəliyi sağaltmaq gücünə sahibmiş.Təbiətdəki istənilən bitkinin yarpağından faydalanmaq şansımız var. Mövsümi xəstəliklər insanın özünü olduqca yorğun, halsız hiss etməsinə səbəb olur. Öskürək, qızdırma, qusma kimi stressli anlar yaşanır. Bu zaman heyva yarpağı çayı köməyinizə çatacaq. Bəli, heyva yarpağı çayından içərək soyuqdəymə ilə daha inamlı bir mübarizəyə başlaya bilərsiniz. Orqanizmdə dəmir çatışmamazlığı varsa, qan dəyərlərinin aşağı olması ehtimalı yüksəlir. Vəziyyəti yaxşılaşdırmaq üçün, adətən, qida əlavələri və dərmanlar qəbul edilir. Heyva yarpağı isə kimyəvi dərmanların ən ideal alternatividir. Heyva yarpağı çayını müntəzəm şəkildə qəbul etsəniz, qanda dəmirin miqdarı yüksələcək, qanazlığı problemi öz həllini tapacaq.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək heyvanın faydaları barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az