BOŞANMAQ İSTƏYƏNLƏR İzləsin - Məhkəməyə getmədən BOŞANA BİLƏRSİNİZ! - Video



 10:26 13.10.2023     988

Məhkəməyə getmədən boşana bilərsiniz! 

Boşanma prosesi Qanunvericiliyə əsasən nikah pozulmasının 2 qaydası var: Nikahın Qeydiyyat Şöbəsində xitam verilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (burda Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin nəzdində olan Qeydiyyat Şöbələri nəzərdə tutulur) xitam verilə bilər. Məhkəmə qaydasında boşanma (nikahın pozulması) Boşanma prosesi uşaq varsa və ya ər (arvad) nikahın pozulmasına razı deyilsə və yaxud tərəflərdən biri Qeydiyyat Şöbəsində nikahın pozulmasından yayınırsa, məhkəmə qaydasında həyata keçirilir və nikah məhkəmə tərəfindən pozulur.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az