Yeni ölkə qurulur - Müstəqilliyini elan etmək üzrədir



 10:25 13.10.2023     294

Qrenlandiya  müstəqilliyini elan etməyə hazırlaşır.

Demedia.az xəbər verir ki, Qrenlandiya iyunun əvvəlində yerli əhalinin Danimarkadan ayrılaraq  müstəqilliyə doğru mühüm addımı kimi  konstitusiya layihəsini təqdim edib.  Qrenlandiyanın keçəcəyi yol aydın olsa da, onun tam suverenlik məqsədinə nə vaxt çatacağı hələ  müəyyən deyil.

Cəmi 57.000 əhalisi olan və quru hissəsinin 80 faizi buzla örtülü olan adanın iqtisadi əhəmiyyəti cüzi görünə bilər. Bununla belə, onun strateji yeri olduqca önəmlidir.

1950-ci illərin əvvəllərindən bəri ABŞ Hərbi Hava Qüvvələri adanın şimal-qərbin - Tuledə baza yerləşdirib.  Arktika Dairəsindən 1200 kilometr şimalda yerləşən bu baza ABŞ silahlı qüvvələrinin şimal bazasıdır.

NATO-nun qurucu üzvü olan Danimarka ABŞ-nin Qrenlandiyadakı hərbi obyektlərinə hüquqlar verməklə razılaşır, hətta bəzi hallarda yerli sakinlərin zorla çıxarılmasına razılıq verir. Danimarka tərəfinin yeganə tələbi onun bayrağının ABŞ bayrağının yanında dalğalanması olub.

Qrenlandiyanın o zamankı baş naziri Kim Kielsen adasının satılmadığını açıq şəkildə bildirmiş, hətta satılsa belə, təklifin Danimarkaya deyil, Qrenlandiyaya yönəldilməli olduğunu bildirmişdi. Kopenhagendən olan baş nazir Mette Frederiksen də eyni bəyanatla çıxış edib: "Qrenlandiya Danimarka deyil. Qrenlandiya Qrenlandiyadır".

Qrenlandiyalılar müstəqillik əldə edə bilsələr, çox qiymətli daşınmaz əmlaka nəzarət edəcəklər.

Bahadur Seyidov