Meksikada icma üzvləri  45 nəfəri qaçırıb



 10:42 13.10.2023     424

Meksikanın Çiapas ştatında silahlı qruplaşma tərəfindən 45 nəfər qaçırılıb.

Demedia.az xəbər verir ki, Altamirano-Chanal şəhərində avtomobilləri magistral yolda saxlanılan Ejido icmasının üzvləri naməlum silahlı şəxslər tərəfindən zorla saxlanılıb.

Silahlıların əvvəlcə 63 nəfəri qaçırdığını, lakin 18 nəfəri sərbəst buraxdıqlarını və 45 nəfəri zorla saxladıqlarını bildirilib. 

Dövlət Baş Prokurorluğu (FGE) açıqlamasında hadisə ilə bağlı genişmiqyaslı istintaq başladıldığını, ordu və Milli Qvardiya ünsürlərinin bölgəyə göndərildiyini açıqlayıb.

Yerli mətbuatın məlumatına görə, bir müddətdir ki, elektrik, su və infrastruktur problemlərinə görə şəhərdə bələdiyyə ilə Ejido icması üzvləri arasında gərginlik yaşanıb.

Bahadur Seyidov