Aİ-nin  rəsmiləri İsrailə gedəcək



 11:26 13.10.2023     650

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola sabah İsrailə səfər edəcəklər.

Demedia.az xəbər verir ki, Aİ  rəsmilərinin  İsrail rəsmiləri ilə görüşəcəyi bildirilib.

Qeyd edək ki, bu gün ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin İsrailə səfər edəcək. Ondan öncə isə ABŞ Dövlət katibi Antoni Blinken İsrailə səfər edib.

Bahadur Seyidov