Cinsi aktivliyi artıran HİDROMASAJ - Video



 10:46 13.10.2023     710

Ereksiya nedir dedikdə cinsi orqanın bərkiməsi ( rigidliyinin artması, sərtləşməsi, durması ) başa düşülür.

Əksinə olaraq erektil disfunksiya yaxud cinsi zəiflik dedikdə isə bu prosesin pozulması halı başa düşülür. Yəni, cinsi qıcıqlandırıcının təsirindən cinsi orqanın bərkiməməsi, yaxud cinsi aktın mükün olması üçün lazımi dərəcədə bərkiməsinin mümkün olmadığı hal başa düşülür. Erektil disfunksiya pasientlərdə heç də bütün hallarda cinsi fəaliyyətin tam itirilməsilə müşaiyət olunmur. Ereksiyanın cüzi zəifləməsindən tutmuş, erkən boşalma, ereksiyanın ümumiyyətlə olmamasına qədər gətirib çıxarda bilir. Hətta cüzi zəifləməsinə baxmayaraq kişinin həyat keyfiyyətinə, əhval – ruhiyyəsinə çox ciddi mənfi təsir göstərir. Bütün digər xəstəliklərdən fərqli olaraq erektil disfunksiya kişiyə utanc, sıxıntı və psixoloji sarsıntı gətirir. Qeyd etmək vacibdir ki, cinsi zəiflik erkən mərhələdə əksər hallarda müalicəyə asanlıqla tabe olur.

Uroloq-Androloq Elnur Hüseynov mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az  Uroloq-Androloq Elnur Hüseynov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az