Co Bayden iş adamları ilə görüşdü



 16:18 13.10.2023     285

ABŞ Prezidenti Co Bayden ölkə iqtisadiyyatını müzakirə etmək üçün “Target”, “IBM” və “Exelon” kimi müxtəlif sektorlardan olan iri şirkətlərin yüksək səviyyəli rəhbərləri ilə görüşüb.

Demedia.az xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib. Açıqlamada deyilir ki, toplantıda iştirak edən yüksək səviyyəli menecerlər şirkətlərinin fəaliyyəti və ölkə iqtisadiyyatının böyüməsinə necə töhfə verdiklərini qeyd ediblər. İş adamları Bayden və iş dünyası nümayəndələrinin özəl sektor tərəfindən dəstəklənən investisiyaların əhəmiyyətini vurğulayıblar.

Bahadur Seyidov