Küçə itləri qəbirləri dağıdır...



 22:05 13.10.2023     716

Türkiyədə Şişlidəki Feriköy qəbiristanlığı sahibsiz itlərin yuvasına çevrilib.

Demedia.az xəbər verir ki, qəbiristanlıqda onlarla sahibsiz it məskunlaşıb, başda Süleyman Sebanın qəbri olmaqla bəzi məzarların zədələndiyi diqqət çəkib.

Şişli rayonundakı Feriköy qəbiristanlığında sahibsiz itlər məskunlaşıb. Bildirilib ki, sayı yüzlərlə olduğu deyilən sahibsiz itlər qəbiristanlığı ziyarət etməyə gələn vətəndaşlara hücum edərək təhlükə yaradır. Süleyman Seba və Əli Sami Yen kimi adların məzarlarının yerləşdiyi qəbiristanlıqda sahibsiz itlərin qəbirləri dağıtdığı iddia edilib. Səlahiyyətlilərə səslənən vətəndaşlar, vəziyyətə bir an əvvəl həll tapılması lazım olduğunu dilə gətirib.

Aysun / Demedia.az