İordaniya İsraillə 3 sərhəd qapısından 2-ni bağlayıb



 22:18 13.10.2023     295

İordaniya işğal altındakı İordan çayının qərb sahilində gərginliyin artmasının ardından İsraillə mövcud 3 sərhəd qapısından 2-ni bağlayıb.

Demedia.az xəbər verir ki, bu barədə İordaniya Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Müdirliyi açıqlama verib. Bildirilib ki, Kral Hüseyn körpüsünün və sərhəd qapısı 1000 nəfərin keçməsinə icazə verildikdən sonra bağlanıb.

Açıqlamada Şeyx Hüseyn sərhəd qapısının da bağlı olduğu bildirilib. Məlumatda Vadi Araba sərhəd qapısının normal şəraitdə fəaliyyətini davam etdirəcəyi qeyd edilib.

Bahadur Seyidov