İsrailin hücumları nəticəsində Qəzzada 1900 nəfər həlak olub



 23:21 13.10.2023     294

Qəzzada Səhiyyə Nazirliyi, İsrailin hücumları nəticəsində Qəzzada 614-ü uşaq olmaqla 1900 nəfərin həyatını itirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, İsrail döyüş təyyarələrinin blokada altında olan Qəzza zolağında qaçqınların karvanını bombalaması nəticəsində azı 70 nəfərin həyatını itirdiyi açıqlanıb.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadası” İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

Bahadur Seyidov