Çindən Qəzza ilə bağlı dəhliz çağırışı



 22:26 13.10.2023     282

Çin İsrail-Fələstin münaqişəsində hücumların artmasından narahat olduğunu bildirib.

Demedia.az xəbər verir ki, açıqlamada deyilir ki, ən mühüm prioritet mülki əhalinin müdafiəsi və Qəzza zolağında humanitar böhranın qarşısının alınması olmalıdır. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin Pekində keçirilən gündəlik mətbuat konfransında Pekinin gərginliyi azaltmaq, sülh danışıqlarına qayıtmaq və humanitar böhranın qarşısını almaq üçün digər tərəflərlə işləməyə hazır olduğunu vurğulayıb.

Tərəfləri beynəlxalq hüquqa riayət etməyə və gərginliyi daha da artıracaq addımlardan qaçmağa çağıran Vanq bildirib ki, hazırda təcili prioritet Qəzza zolağında yarım dəhlizin açılması olmalıdır.

Bahadur Seyidov