Xurmanın Sağaltdığı Xəstəlikləri biləndə ŞOK OLACAQSIZ - Video



 09:38 16.10.2023     674

Xurma qanda təzyiqi aşağı salmaqla yanaşı ürəyin sağlamlıq problemlərini həll edir. 

Tərkibindəki bol miqdarda C vitamini ilə xurma immunitetin də sevimlisidir. Xüsusilə, mövsümi xəstəliklərlə mübarizədə hünərlidir. Uşaqların sağlam inkişafını dəstəkləmək üçün mövsümündə xurma yedirtmək vacibdir. Xurma liflə zəngindir. Buna görə də, bağırsaq problemlərinin həllində önəmli rol oynayır. Mövsümündə təzə meyvə yeməklə bağırsaqlara verilən dəstək məhdudlaşmamalıdır. Bütün il boyu xurma qurusu istifadə etmək məsləhətdir. Lif sayəsində xurma yeməklərin daha asan həzm olunmasını təmin edir, qəbizliyin qarşısını alır. Mütəxəssislər deyir ki, meyvə bağırsaqdakı mikrofloranı da nizamlayır. Diabetin əmələ gəlməsinə mane olur; Aşağı qlisemik indeksə malik olan xurma yeyildiyində qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olmur. Buna görə də, diabetiklər üçün idealdır-qanda şəkərin səviyyəsini nəzarətdə saxlamağa imkan verir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək xurmanın faydaları barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az