Dərmanların təsir etmədiyi xəstəlikləri sağaldır - 1 QAŞIQ YESƏNİZ... - Video



 10:13 16.10.2023     1968

“Qara zirənin müsbət keyfiyyətləri hansılardır?”, “Onu necə istifadə etmək olar?”, “Qara zirə hansı hallarda kömək edir?”, “Nə vaxt bədənə ziyandır?”

Qara zirə Yaxın Şərq mənşəlidir və hazırda bizim mətbəximizin də əvəzolunmaz ədviyyatlarındandır. Yeməklərə xüsusi dad verməklə yanaşı, xalq təbabətində, aromaterapiyada və kosmetologiyada da istifadə olunur. Aralıq dənizi sahillərində, Balkan yarımadasında, Qafqaz dağlarında, o cümlədən Asiyanın və Afrikanın bəzi bölgələrində bitən zirənin toxumlarından müxtəlif məqsədlərlə istifadə edilməsinin tarixi çox qədimdir. Xüsusilə, ərəb ölkələrində yüksək ehtiramla qarşılanır və “Bərəkət toxumu” adlanır. Qara zirənin tərkibində bədənin tonusuna və performansına müsbət təsir edən aktiv maddələr vardır. Hər bitkinin müsbət xüsusiyyətləri onun tərkibi ilə əlaqəlidir. Qara zirə toxumlarında olan maddələr bunlardır: • İnsan orqanizmi üçün zəruri zülal birləşmələrinin qurulmasında iştirak edən amin turşuları; • Vitamin kompleksi: B qrupunun nümayəndələri, askorbin turşusu, A və E vitaminləri; • 10-dan çox mineral var ki, onların arasında dəmiri, kalsiumu, kaliumu, fosforu, misi, seleni və sinki xüsusi qeyd etmək lazımdır; •Doymuş və doymamış yağ turşuları: onlar yağ mübadiləsinin normallaşmasında və hüceyrə membranlarının möhkəmlənməsində iştirak edir; • Qanın laxtalanmasına kömək edən kumarinlər; • Sinir sisteminə müsbət təsir edən alkaloidlər; • İltihabın intensivliyini azalda bilən taninlər;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında paylaşılan həmin videonu təqdim edir. "Qara zirənin faydaları" haqqında ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az