Gecə hazırlayıb səhər için - Qanda şəkər sürətlə düşəcək - Video



 10:22 16.10.2023     2314

Yüksək şəkərdən əziyyət çəkirsiniz? Diabetin qarşısını almaq istəyirsiniz?

Hiperqlikemiya qanda şəkərin yüksək olmasının elmi adıdır. Onun meydana gəlməsinin geniş yayılmış səbəblərindən biri diabetdir. Xəstəlik karbohidrat, mineral, zülal, yağ və su-duz mübadiləsi də daxil olmaqla, ciddi metabolik pozğunluqlarla əlaqələndirilir. Diabetdən əziyyət çəkən insanlar qeyri-düzgün qidalanma vərdişlərinə sahibdirlər, fiziki aktiv deyillər, səbirsiz və həyatdan zövq almağı bacarmayanlardır. Bunu mən demirəm, çoxsaylı elmi araşdırmaların yekunlarına dair qənaətlər bu istiqamətdədir. Qanda şəkərin səviyyəsinin yüksək olduğunu göstərən simptomlar bunlardır: 1. Kifayət qədər su içməklə belə, yatırıla bilməyən susuzluq; 2. Anormal sürətlə kökəlmək və ya arıqlamaq; 3. Dərinin soyulması və həddindən artıq quruması; 4. Dəridəki kəsiklərin, yaraların və yanıqların zəif sağalması; 5. Bədən istiliyinin azalması və tərləmə; 6. Sidiyə tez-tez getmək istəyi; 7. Cinsi istəyin kəskin azalması; 8. Qan təzyiqinin tez-tez yüksəlməsi; 9. Diş problemləri, ağızdan gələn pis qoxu; 10. Böyrəklərin və bağırsaqların işinin pozulması;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az