Əl-Ayaqda keyimə dağınıq skleroz xəstəliyinin əlaməti ola bilər? - Video



 10:54 16.10.2023     626

Dağınıq skleroz xronik, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir.

Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Çox hallarda xəstəlik ömrün uzunluğuna o qədər də təsir etmir, lakin nadir hallarda xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin MSS-də zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Diaqnozun təsdiqlənməsi üçün yeganə bir patoqnomonik test mövcud deyil və xəstənin sağlığında çox nadir hallarda onu təsdiq edən histoloji müayinə mümkün olur.

Nevroloq Leyla Şahbazova "Yaşamaq gözəldir" verilişində qonaq olmuşdur. "Dağınıq skleroz" barədə videoda məlumat verib. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Demedia.az  Nevroloq Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az