Benzemadan İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşım



 15:24 16.10.2023     274

Mövsümün sonunda İspaniya "Real Madrid"indən ayrılaraq  Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçən Kərim Benzema Fələstinə  dəstək olub.

Demedia.az xəbər verir ki,  bu  barədə o, “X” hesabında paylaşım edib. Futbolçu Kərim Benzema "duaları yenə haqsız bombardmanların qurbanı olan Qəzza sakinləri ilədir"  fikirlərini paylaşıma əlavə  edib.

Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.

Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına cavab hücumu edib.

Bahadur Seyidov