Blinken yenidən İsrailə gedir
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken yenidən İsrailə gedəcək.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
O bildirib ki, səfər İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirə getdikdən sonra baş tutacaq.
Qeyd edək ki, dövlət katibi oktyabrın 12-də İsrailə səfər gedib, İsrail baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Bahadur Seyidov