İsrail Livanla sərhəddə əhalini təxliyə etməyə hazırlaşır
İsrail Livan sərhədində qarşıdurma olacağı təqdirdə 70 min dinc sakini təxliyə etməyə hazırlaşır
Demedia.az xəbər verir ki, bu barədə İsrailin "Globes" qəzetinin Müdafiə Nazirliyinə bağlı Milli Fövqəladə Hallar İdarəsinə (NEMA) istinadən məlumat yayıb.
Qeyd edilib ki, İsrailin Livan sərhədində qarşıdurma baş verəcəyi təqdirdə bölgədə yaşayan ən azı 70 min mülki vətəndaşı təhlükəsiz bölgələrə təxliyə edilmək üçün hazırlıq görülüb.
Belə ki, Livanla mümkün münaqişə vəziyyətində İsrailin şimal sərhəd bölgələrində yaşayan mülki vətəndaşlar ölkə daxilindəki məktəblərə yerləşdiriləcək.
NEMA bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) ilə birgə həyata keçirilən təxliyə əməliyyatı çərçivəsində son 24 saat ərzində blokada altında olan Qəzza zolağından təxminən 13 min nəfər bu məqsədlə hazırlanan hotellərə yerləşdirilib.
Bahadur Seyidov