iOS 17 -Yenilənmə  tarixi  bəlli oldu



 17:12 16.10.2023     286

“Apple”ın iOS 17.1 yeniləməsini təqdim edəcəyi tarix açıqlanıb.

Demedia.az xarici KİV-ə  istinadən xəbər verir ki,  şirkət  yenilənməni oktyabrın 24-də buraxmağı planlaşdırır.

Buna səbəb  isə şirkətin gecə enerji doldurarkən Wi-Fi bağlantısı və bağlanma problemlərini həll etmək istəməsidir.  Bu yeniləmə “iPhone 12”nin radiasiya səviyyələrini azaltmaq üçün düzəlişləri əhatə edəcək. Həmçinin “iPhone 15 "modelləri üçün xüsusi dəyişikliklər və bəzi kiçik yeniliklər təklif edəcək.

Bahadur Seyidov