Nigeriya ordusu onlarla terrorçunu zərərsizləşdirib



 16:24 16.10.2023     272

Nigeriya Hərbi Hava Qüvvələri Borno və Zamfara əyalətlərində terror təşkilatı “Boko Haram”a qarşı həyata keçirdiyi hava əməliyyatlarında onlarla terrorçunu zərərsizləşdirib.

Demedia.az xəbər verir ki, bu barədə Nigeriya Hərbi Hava Qüvvələri açıqlama verib. Bildirilib ki, əməliyyatlar zamanı terrorçuların sığındığı düşərgələr bombalanıb, onlarla düşərgə zərərsizləşdirilib. Əməliyyatlar zamanı təşkilata aid mühüm döyüş sursatlarının ələ keçirildiyi açıqlanıb.

Açıqlamada deyilir ki, hərbi əməliyyatın keçirilməsinə səbəb terrorçuların Zamfara vilayətində məskunlaşmağa başlaması barədə məlumatın daxil olmasıdır.

Bahadur Seyidov