Arda Gülərin ilk matçı bəlli oldu: Ailəsinə zəng edib...



 19:00 16.10.2023     522

Arda Gülər zədəsini sağaltdıqdan sonra komanda məşqlərinə qayıdıb.

Demedia.az xəbər verir ki, Karlo Ançelotti və həkimlər qrupunun nəzarəti altında işini davam etdirəcəyi gözlənilən Arda Gülərin risk olmadığı təqdirdə "Sevilya" ilə matçda oynayacağı gözlənilir.

AS-dan Serxio Lopez de Visentenin xəbərinə görə, Arda Gülərin "Real Madrid" - "Sevilya" matçında ilk dəfə bənövşəyi-ağ forma geyinəcəyi gözlənilir. Xəbərə görə, Arda Gülərin ən kiçik zədə ehtimalında belə meydana çıxmayacağı ifadə edilib və gənc ulduza Çempionlar Liqasında "Braqa" ilə matçda vaxt verilməsinin gözlənildiyi qeyd edilib.

Real Madridə yaxınlığı ilə tanınan Defensa Central, Ançelotti ilə söhbətindən sonra Arda Gülərin ailəsinə "Düşünürəm ki, vaxtıdır. İlk matçımı Bernabeuda keçirəcəyəm, bu mənim ən böyük arzumdur" deyə xəbər verib. O, göz yaşlarını saxlaya bilməyəcəyini iddia edib.

Aysun / Demedia.az