İordaniyanın Daxili İşlər Nazirliyi vətəndaşlarına xəbərdarlıq



 17:42 16.10.2023     281

İordaniyanın Daxili İşlər Nazirliyi vətəndaşlarına Fələstin sərhədinə yaxın ərazilərə getməmək barədə xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, İordaniyanın rəsmi agentliyi PETRA tərəfindən dərc edilən xəbərdə daxili işlər naziri Mazin əl-Ferayenin bəyanatı yer alıb. İordaniyalılara Fələstin sərhədinə və İordan Vadisinə yaxın bölgələrə getməmələri barədə xəbərdarlıq edən Feraye bildirib ki, bu onlar üçün təhlükəlidir. 

Feraye qeyd edib ki, hökumət sərhəd bölgəsində və İordaniya vadisində vətəndaşları risklərdən qorumaqda qərarlıdır.

Bahadur Seyidov