90 kiloqram arıqlayan sənətçidən şok...
Türk fantaziya musiqisinin vokal sənətçisi Güllü son zamanlar arıqladığı çəki ilə adından söz etdirib.
Demedia.az xəbər verir ki, mədəkiçiltmə əməliyyatından sonra 70 kilo arıqlayan məşhur müğənni yeni klipi üçün daha 20 kilo arıqlayıb. Arıqladıqdan sonra imicini yeniləyən Güllüdən yeni poza gəlib.
Bir dövrə damğasını vuran mahnıları ilə yaddaşlarımıza həkk olunan Güllü, illər keçdikcə dəyişməsi və itirdiyi çəki ilə diqqət çəkir. Həmişə çəkisi ilə bağlı problem yaşayan Güllü 2017-ci ildə mədə kol əməliyyatı keçirib. İmicini də yeniləyən Güllü illər ərzində dəyişikliyi ilə hər kəsi təəccübləndirib.
Müğənni Güllü 9 ayda 70 kilo arıqlayıb. Güllü bu yaxınlarda “Bendeki Sen” adlı yeni mahnısının klipi üçün 20 kilo arıqlayıb.
Hazırda yeni klip hazırlayan məşhur adın son paylaşımı sosial mediada trend mövzusuna çevrilib. Məşhur adın paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb.
Müğənni “Sabah Sabah Demet və Alişanla” verilişinə qatılıb. Güllü verilişdə itirdiyi anasının ölümü ilə bağlı açıqlama verərkən göz yaşlarını saxlaya bilməyib. Anasının özü də daxil olmaqla heç bir yaxınına əməliyyatla bağlı məlumat vermədiyini deyən Güllü anasının ölüm xəbərini əməliyyatdan 1 gün sonra, səhnədən yeni çıxanda aldığını bildirib.
Aysun / Demedia.az