Çin Qəzza ilə bağlı BMT-yə çağırış etdi



 17:19 16.10.2023     274

Çinin xarici işlər naziri Vanq Yi Pekinə səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bir araya gəlib.

Demedia.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama verib. Tərəflər bir sıra məsələləri müzakirə ediblər. Vanq Yi BMT Təhlükəsizlik Şurasının İsrail və Fələstin arasındakı münaqişə ilə bağlı təcili addımlar atmalı olduğunu vurğulayıb. O bildirib ki, münaqişə iki dövlət prinsipi ilə həll edilməlidir.

Vanq xarici dövlətləri bu məsələdə daha fəal rol oynamağa çağırıb və Fələstin xalqının qanuni hüquqlarının bərpası üçün çağırışlar edib.

Bahadur Seyidov