Birinin 8, digərinin 9 yaşı var - Türkiyədə inanılmaz hadisə



 22:36 16.10.2023     673

Türkiyədə inanılmaz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Mardində 8 yaşlı qızla 9 yaşlı dayısının oğlu üçün ailə arasında nişan mərasimi keçirilib. Hadisənin ardından Ailə və Sosial Xidmətlər İl Müdirliyi hərəkətə keçib.

U.A.-nın Kızıltəpə rayonunun Səlahəddin Əyyubi rayonunda doğulan 8 yaşlı qız uşağı ilə qardaşı R.A.-nın 9 yaşlı oğlan uşağı üçün ailə arasında nişan mərasimi keçirilib.

Evdə keçirilən nişan mərasimində uşaqlara üzüklər verilib, lent kəsilib. Görüntüləri sosial şəbəkədə paylaşılan nişanın onların nənə və babalarının istəyi ilə təşkil edildiyi iddia edilib. Mübahisəli görüntülərdən sonra Ailə və Sosial Xidmətlər İl Müdirliyi tərəfindən araşdırma başladılıb.

Aysun / Demedia.az