Uşaqlarda qusma, boğulma varsa, GÖY ÖSKÜRƏYİN əlaməti ola bilər? - Video
Göy öskürək – yuxarı tənəffüs yollarının iltihabı və tutmaya bənzər spazmatik öskürəklə müşayiət olunan kəskin infeksion xəstəlikdir.
Uşaqların öskürməsi valideynləri çox narahat edən hallardan biridir. Soyuq fəsillər yaxınlaşdıqca, uşaqlarda soyuqdəymə, burun axması, tənəffüs yollarının qıcıqlanması halları artır.Öskürək orqanizmdəki narahatlığın xəbərçisi hesab olunur.Uşaqlar uzun müddətli öskürək zamanı tənəffüs yollarındakı iltihabı aradan qaldırmağa çalışırlar. Bununla yanaşı, uşaqların yanında siqaret çəkilirsə, bu, onların tənəffüs yollarını qıcıqlandıraraq öskürmələrinə səbəb olur. Bu xəstəliyə daha çox 5 yaşa qədər peyvənd olunmamış uşaqlar yoluxurlar. Göy öskürək 1 yaşa qədər uşaqlarda daha ağır gedişata malikdir. Daha yuxarı yaşlı uşaqlarda bu infeksiya əhəmiyyətli dərəcədə zəif inkişaf edir.
Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Pediatr Günay Rəsulova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / DEMEDİA.AZ