Xəstəyə SƏHV müalicə yazılıbsa nə etməlidir? - Video



 09:56 17.10.2023     501

Bəzi hallarda həkim səhv müayinə və müalicə edir.

Azərbaycan qanunvericiliyində əhalinin sağlamlıq hüquqları Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla qorunur. Qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanunda pasientlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb. Həmin maddədə qeyd olunur ki, pasientin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla pasientin öz razılığı ilə həkimi və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək və s. hüquqları var.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir.  Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az