Putin Çində Orbanla görüşüb



 14:43 17.10.2023     298

Rusiya Prezidenti Vladimir Putin Çində Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.

Demedia.az xəbər verir ki, görüşdə Rusiya ilə Macarıstan əlaqələrinin qarşılıqlı maraqlar nəzərə alınaraq inkişaf etdiyinə diqqət çəkən Putin bildirib ki, iki ölkə arasında ticarət həcminin artırılmasına müsbət təsir etmək üçün əlavə olaraq nə etməli olduğumuz barədə düşünməliyik. Geosiyasi proseslərə görə təmasların və əlaqələrin inkişafının çətinləşdiyi bir dövrdən keçildiyini  bildirən Putinin sözlərinə görə, buna baxmayaraq, Rusiyanın bir çox Avropa ölkəsi ilə əlaqələrini davam etdirməsi və inkişaf etdirməsi sevindirici haldır. Bu ölkələrdən biri də Macarıstandır.

Avropa İttifaqının ölkəsi Macarıstanla qlobal hadisələrlə bağlı fikir mübadiləsinin vacibliyinə diqqət çəkən Putin  “Bizim yanaşmalarımızın hər zaman üst-üstə düşmədiyini bilirik, amma fikir mübadiləsi imkanının olmasının hər zaman son dərəcə əhəmiyyətli olduğunu düşünürəm” deyə bildirib.

Bahadur Seyidov