Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli rabitə xətti yaradılıb



 14:32 17.10.2023     286

Cənubi Koreya, ABŞ və Yaponiya arasında üçtərəfli rabitə xətti yaradılıb.

Demedia.az xəbər verir ki, bu barədə “Yonhap”a Cənubi Koreyalı rəsmi məlumat verib. Cənubi Koreyalı rəsmi ABŞ və Yaponiya və Cənubi Koreya arasında rabitə xəttinin qurulduğunu və xəttin ölkələrin texniki işçiləri tərəfindən sınaqdan keçirildiyini bildirib.

Xəttin Şimali Koreyanın artan hərbi təhdidləri və Çinin bölgədə artan fəaliyyətinə qarşı  yaradıldığını qeyd edən rəsmi, xəttin 3 ölkənin Milli Təhlükəsizlik Şurasını birləşdirəcəyini və liderlərlə yüksək səviyyəli təhlükəsizlik qüvvələri arasında audio və video əlaqə yaratmağa imkan verəcəyini bildirib.

Bahadur Seyidov