Ukrayna ordusu rusların mövqeyinə hücum etdi



 14:58 17.10.2023     282

Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya Mərkəzi bildirib ki, Ukrayna qüvvələri Luqansk və Berdyansk yaxınlığında Rusiya ordusuna məxsus helikopterləri və texnikanı vurub.

Demedia.az xəbər verir ki, yazılı açıqlamada bildirilib ki, Ukrayna ordusu müvəqqəti olaraq Rusiyanın nəzarətində olan Luqansk və Berdyansk yaxınlığında Rusiya mövqelərinə hücum edib. Ukrayna Baş Qərargahının açıqlamasına görə, hücum uğurlu alınıb. Ukrayna əsgərləri son sutkada rus əsgərlərinin, silah və texnikasının cəmləşdiyi ərazilərə 4 hücum təşkil edib.

Ukrayna raket birləşmələri 2 Rusiya helikopterini, sursat anbarı və eniş sahəsində artilleriya texnikalarını zərərsizləşdirib.

Bahadur Seyidov