Ronaldo 127-ci qolunu vurdu
2024-cü il Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin J qrupunda Portuqaliya 8-ci oyununda Bosniya və Herseqovina ilə səfərdə qarşılaşıb.
Demedia.az xəbər verir ki, qrupda ilk 7 matçda qalib gələrək Almaniyaya vəsiqə qazanan Kriştianu Ronaldo Portuqaliyada Bosniya və Herseqovina ilə matça öz damğasını vurub.
Belə ki, təcrübəli futbolçu 5-ci dəqiqədə penalti ilə ölkəsini 1-0 önə çıxarıb. 38 yaşlı ulduz 20-ci dəqiqədə Joao Feliksin ötürməsindən özünün və komandasının ikinci qolunu vurduğu halda, Portuqaliya ardıcıl qollar vuraraq ilk hissəni 5-0 öndə bağlayıb. Portuqaliyada fərqi artıran qolları Bruno Fernandes, Joao Kanselo və Joao Feliks vurub. Qarşılaşmanı 2 qolla başa vuran Ronaldonu 66-cı dəqiqədə Dioqo Jota əvəzləyib.
Qarşılaşmada 5:0 hesabı ilə qalib gələn Portuqaliya qrupdakı 8 görüşün hamısında qalib gələrək xallarını 24-ə yüksəldib. Rəqib qapısına 32 qol vuran Portuqaliya 7 matçda qapısını “təmiz” saxlayıb.
Bununla da, milli komandalarda bütün zamanların bombardiri Kriştiano Ronaldo AVRO- 2024 seçmə mərhələsində uğurlu çıxışını davam etdirib. 7 matçda 9 qol vuran Ronaldo Portuqaliya millisinin heyətində 127-ci qolunu vurub. Təcrübəli oyunçu 2023-cü ildə klubda və millidə ümumilikdə 40 qol vurub.
Bahadur Seyidov