İtkin düşən ispan futbolçunun meyiti canlı yayımda tapıldı
İspaniyanın 3-cü liqasında mübarizə aparan "Kordoba" komandasının futbolçularından olan və oktyabrın 12-dənitkin düşən Alvaro Prieton meyiti tapılıb.
Demedia.az xəbr verir ki, futbolçunun itkin düşməsi ilə bağlı axtarış qrupu ilə canlı yayıma çıxan İspanya dövlət televiziyası cəsədin qatarın iki vaqonu arasında qaldığını bildirib.
Məlumata görə, Alvaro Prieto dostları ilə bir məclisdə iştirak etmək üçün Sevilyaya gedib. Bir gecəni orada keçirən futbolçunun ertəsi gün qatarı buraxıb və bundan sonra ondan xəbər alınmayıb.
Bildirilir ki, Alvaro Prieto həmin gün qatara minib, lakin mobil telefonunun batareyası bitdiyi üçün bileti xidmətçiyə göstərə bilməyib, ona görə də qatardan düşürülüb. Stansiya rəsmilərinin ifadələrindən öyrənilib ki, Prieto daha sonra başqa qatara minmək istəsə də, buna nail ola bilməyib.
Məsələ ilə bağlı araşdırma aparılır.
Bahadur Seyidov