Rusiyanın İsrail və Fələstinlə bağlı çağırışı rədd edildi



 16:24 17.10.2023     285

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) Rusiyanın Qəzzada “humanitar atəşkəs” tələb edən və hər cür mülki ölüm hallarını pisləyən qətnamə layihəsi rədd edib.

Demedia.az xəbər verir ki,  Rusiyanın 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulub.

Qanun layihəsi 5 “hə” səsi, 6 “bitərəf” və 4 “xeyr” səsi ilə rədd edilib. ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya “yox” səs verdi. Rusiyanın qətnamə layihəsində HƏMAS-ın adı xüsusi qeyd olunmasa da, bütün mülki ölümlər pislənib.

Bahadur Seyidov