İsrail: "Bu müharibə uzun və baha başa gələcək, amma biz qalib gələcəyik"



 16:14 17.10.2023     284

"Bu müharibə uzun və baha başa gələcək, amma biz qalib gələcəyik".

Demedia.az xəbər verir ki,  bunu İsrailin müdafiə naziri Gallant ikinci  dəfə ölkəsinə  səfər edən ABŞ dövlət katibi Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

Müdafiə naziri ABŞ-nin yaxşı müttəfiq olduğunu həmişə bildiklərini, lakin bu gün İsrail və bütün dünyanın bunu öz gözləri ilə gördüyünü” ifadə edib: "Aralıq dənizində Amerika bayrağının dalğalanmasının nə demək olduğunu hamı bilir", - deyə o qeyd edib.

Qeyd edək ki,  oktyabrın 7-dən blokada altında olan Qəzza zolağında fələstinli qruplarla İsrail arasında başlayan son toqquşmalardan sonra 12 oktyabrda İsrailə gələn Blinken   İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Misirə səfər edib.

Bahadur Seyidov