Kroosdan Arda Gülər sözləri: "Heç vaxt edə bilməyəcəyimiz şeyləri edir"



 19:00 17.10.2023     564

Türkiyə futbolunun qızıl oğlanı kimi qələmə verilən Arda Gülər ​​yeni mövsüm öncəsi 20 milyon avro xalis və 10 milyon avro bonus qarşılığında "Fənərbağça"dan Real Madridə transfer olunub.

Demedia.az xəbər verir ki, Real Madridə transfer olunduqdan sonra iki uğursuz zədə alan Arda Gülər ​​ABŞ düşərgəsində dizindən zədələndikdən sonra əvvəlcə əməliyyat olunub, daha sonra sol arxa əzələsindən aldığı zədə səbəbindən 3 həftə komandadan uzaq qalıb.

Arda Gülərin zədəsini sağaltması və məşqlərə qayıtması Real Madrid cəbhəsində böyük sevincə səbəb olub. Arda Gülərlə xüsusilə Luka Modriç və Tonis Kroos maraqlanır. Alman ulduz Kroos, Arda Gülərin məşqdə istedadını nümayiş etdirməsinə heyran olub.

İspan mətbuatında yer alan xəbərə görə, “Real Madrid”lə məşqlərə qayıdan Arda Gülər ​​alman ulduz Tonis Kroosu bacarığı ilə heyran edib. Zədəsini tam sağaldan və "Real Madrid"lə ilk matçına çıxmağa hazırlaşan Arda Gülər ​​məşqdəki təsirli çıxışı ilə Toni Kroosun diqqətini çəkib.

Alman ulduz Arda Gülərin istedadı ilə bağlı bunları deyib: "18 yaşında bəzilərimizin edə bilmədiyi işləri görür. Arda Gülər cəmi 18 yaşı var və böyük potensiala malikdir. O, gələcəyin Real Madridinə rəhbərlik edəcək oyunçulardan biri kimi görülür".

Aysun / Demedia.az