Məşhur aktrisa reklamdan görün nə qədər qazanır?



 20:28 17.10.2023     763

Bir ilə yaxındır iş adamı Hakan Sabancı ilə sevgili olan Hande Erçel yenidən ekranlara qayıdıb. Bir brendin siması Hande Erçelin qazancı məlum olub.

Demedia.az xəbər verir ki, bir müddət əvvəl Burak Dənizlə yeni layihəsi ilə ekranlara gələn gözəl aktrisa Hande Erçel indi Hakan Sabancı ilə yaşadığı eşq macərası ilə tez-tez gündəmdədir.

Bütün yayı birlikdə xaricdə tətil edən ikilidən 29 yaşlı Erçel 31,2 milyon izləyicisi olan İnstaqram səhifəsində paylaşdığı paylaşımla adından söz etdirib.

İnstaqram səhifəsinin 'Wildest Fashion' adlı paylaşımına görə; Təxminən 125 min TL dəyərində dünyaca məşhur bir markanın paltarı geyinən Erçel; Onun ayaqqabısının 29.269 min TL, çantasının 20.189 min TL, sırğasının isə 16.970 min TL dəyərində olduğu məlum olub.

Hande Erçel səkkiz mövsümdür əməkdaşlıq etdiyi tekstil markası ilə işləməyə davam edir. Markanın yeni kolleksiyası ilə pozalar verən aktrisa 2023-cü il üçün hər il yenilədiyi 8 milyon lirəlik müqaviləyə imza atıb.

Aysun / Demedia.az