İsrail-Həmas qarşıdurmalarından sonra dollar bahalaşdı



 11:25 18.10.2023     985

HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı başlatdığı Əl-Əqsa tufanı əməliyyatı ilə bölgədə gərginlik artıb.

Demedia.az xəbər verir ki, İsrailin cavab verməsi və Qəzzanı bombardman etməsindən sonra qarşıdurmaların intensivliyi xeyli artıb.

Baş verənlər birbaşa olaraq bazarlara təsir etsə də, dollar və qızıl sürətlə yüksəliş göstərib.

Dollar 28 lirəni keçərək 28,32 lirə ilə rekord qırıb, qızılın qramı isə 1752 lirə ilə rekord qırıb.

Bahadur / Demedia.az