BMT Təhlükəsizlik Şurası təcili toplantı keçirəcək
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün təcili iclas keçirəcək.
Demedia.az xəbər verir ki, iclas yerli vaxtla saat 18:00-da baş tutacaq.
Qeyd edək ki, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdə Müqəddəs Baptistlər Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Xatırladaq ki, Qəzzanın Əl-Əhli Baptist Xəstəxanasına İsrail tərəfindən hücum edilib. Nəticədə həlak olan mülki şəxslərin sayı mini ötüb.
Bahadur Seyidov