"Qalatasaray" - "Beşiktaş" derbisində səfər qadağası ləğv olunur



 12:29 18.10.2023     486

Superliqanın 9-cu həftəsində “Qalatasaray” və “Beşiktaş” komandaları RAMS Parkda üz-üzə gələcək.

Demedia.az xəbər verir ki, səfər qadağasının tətbiq edilməyəcəyi matçda ağ-qara azarkeşlər tribunada öz yerini tuta biləcək.

"Qalatasaray"ın İdarə Heyətinin baş katibi Eray Yazqan açıqlamasında deyib: "Səfər qadağasını düzgün görmürəm. Mən uşaq olanda İnönü Stadionunda həmişə yarı yarıya olurdu. Bəlkə bu, romantik səslənəcək. Hazırkı kombinasiyalara baxırsınız. Əgər biz Mançester azarkeşlərini və Bayern azarkeşlərini qəbul edə bilsək, Beşiktaş da Fənərbaxçanı qəbul edə bilər. Yaxşıları da qonaq etməliyik. Oraya öz azarkeşlərimizlə getməliyik". 

Bahadur / Demedia.az