Xəstəxanaya hücum qəbuledilməzdir - Trüdo



 14:25 18.10.2023     274

Kanadanın Baş naziri Castin Trüdo İsrailin Qəzzada Əl-Əhli Baptist xəstəxanasına hücumunu dəhşətli və qəbuledilməz adlandırıb.

Demedia.az xəbər verir ki, Trüdo bildirib ki, beynəlxalq insan haqları qanunlarına hər zaman hörmət edilməlidir.

Qeyd edək ki, Kanadada əksəriyyəti müsəlman təşkilatları olan 300 təşkilat Trüdo başda olmaqla yüksək səviyyəli siyasətçilərə ortaq məktub yazaraq, İsrailin Qəzzadakı xəstəxananı bombalamasını müharibə cinayəti kimi qələmə verməsini və qınamasını tələb edib. Qəzzadakı xəstəxanaya hücum zamanı 600-dan çox fələstinlinin həlak olduğu bildirilir.

Bahadur Seyidov