Yunanıstandan daha bir reaksiya: "Onlar cinayət törətməkdən çəkinmirlər"



 13:27 18.10.2023     574

"Xarici İşlər Nazirliyi Qəzza Xəstəxanasında son dərəcə ağrılı insan itkisinə səbəb olan hadisələrlə bağlı dərin narahatlığını ifadə edir".

Demedia.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyindən açıqlama verilib.

Açıqlamada Yunanıstanın ilk andan mülki vətəndaşları qorumaq və insani dəyərləri təmin etmək zərurətini vurğuladığı və Yunanıstanın bu xətti izləməyə davam etdiyi bildirilib.

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin bu həftə planlaşdırdığı İsrail səfəri “təhlükəsizlik narahatlığı” səbəbiylə ləğv edilib.

Bahadur / Demedia.az